“Spartak” azərbaycanlı futbolçuları darmadağınla yola saldı - VİDEO

26 Oktyabr 2022 03:30 Bizimkilər 826
“Spartak” azərbaycanlı futbolçuları darmadağınla yola saldı - VİDEO

Rusiya Premyer Liqasında 14-cü turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı futbolçular – Ayaz Quliyev və İlya Sadıqovun formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə Moskva “Spartak”ı ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:5.

Sadıqovla Quliyev də bu matçın iştirakçısı olublar. Ayaz start heyətdə meydana çıxıb və sonadək oynayıb. İlya isə 72-ci dəqiqədə meydana buraxılıb.

“Ximki” 14 turdan sonra 9 xalla 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti