“Hazırda 3 azərbaycanlı futbolçu ilə danışıqlar gedir“

25 Oktyabr 2022 21:00 Bizimkilər 1 771
“Hazırda 3 azərbaycanlı futbolçu ilə danışıqlar gedir“

Üç azərbaycanlı futbolçu tezliklə legioner həyatı yaşaya bilər.

Bu barədə Sportinfo.az-a «Dinamo Auto»nun baş məşqçisi Novruz Əzimov bildirib.

O, yaxından tanıdığı oyunçuları çalışdırdığı Modova klubuna aparmağı planlaşdırdığını söyləyib:

“Hazırda 3 futbolçu ilə danışıqlar gedir. Amma o demək deyil ki, hər biri dəqiq gələcək.

Hansılarla danışıqlar müsbət alınsa, onlar gələcək. Bizdə strategiya elədir ki, 20 yaşa qədər oyunçulara üstünlük veririk.

Azərbaycanda belə oyunçular var. Yanvardan sonra ola bilər ki, komandamızda azərbaycanlı futbolçular olsun.

Kimlərdir? Hələlik ad açıqlamağım doğru olmaz”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti