"Lexiya" millimizin yarımmüdafiəçisi üçün hərəkətə keçir

24 Oktyabr 2022 20:40 Bizimkilər 2 204
"Lexiya" millimizin yarımmüdafiəçisi üçün hərəkətə keçir

“Sumqayıt”ın yetişdirdiyi istedadlı futbolçulardan olan Səbuhi Abdullazadə yeni ildən karyerasını ölkə xaricində davam etdirə bilər.

Dekabrda 21 yaşını tamamlayacaq yarımmüdafiəçi ilə yerli klublarla yanaşı, Avropa təmsilçiləri də maraqlanır.

Konkretləşdirsək, Qdansk “Lexiya”sı Səbuhi üçün “Sumqayıt”a müraciət etməyə hazırlaşır.

Futbolçunun “kimyaçılar”la müqaviləsinin müddəti yaya qədərdir. Lakin polşalılar Abdullazadəyə müəyyən məbləğ qarşılığında qış fasiləsində yiyələnmək niyyətindədir.

Klublar arasında maliyyə məsələsində razılıq əldə olunsa, U-21-in üzvü yeni ildən Polşa Ektraklasasında çıxış edəcək.

Azərbaycan Premyer Liqasında 2017-ci ilin dekabrında, 16 yaşı tamam olmamış debüt edən Səbuhi son 5 ildə yalnız “Sumqayıt”ın şərəfini qoruyub.

O, cari mövsümdə “kimyaçılar”ın heyətində 11 oyunun hamısında meydana çıxıb və əvəzlənmədən keçirib.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti