Azərbaycanlı hücumçu “Vest Hem”də!

24 Oktyabr 2022 20:00 Bizimkilər 1 541
Azərbaycanlı hücumçu “Vest Hem”də!

Azərbaycanlı futbolçu İngiltərə klubunda baxışdadır.

Hüseyn Hüseynov bir neçə gündür “Vest Hem”in düşərgəsindədir.

2004 doğumlu hücumçu London təmsilçisinin akademiyasında məskunlaşıb.

Hüseyn orada olduğu müddətdə “Vest Hem”in U-18 və U-21 komandalarının məşqlərində iştirak edir.

Məşqçilər heyəti həmyerlimizlə bağlı müsbət rəy verəcəyi halda, Hüseynov “Vest Hem”lə müqavilə bağlayacaq və klubun uyğun yaş qruplarında çıxış etmək şansı qazanacaq.

18 yaşlı forvard futbolda ilk addımlarını “Zirə”də atıb və klubun müxtəlif yaş qruplarından ibarət komandalarında oynayıb. Azərbaycanda sonuncu iş yeri “Neftçi” İK olub.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti