Azərbaycan Türkiyədən insansız hərbi maşın almaq istəyir

24 Oktyabr 2022 18:30 Bizimkilər 1 120
Azərbaycan Türkiyədən insansız hərbi maşın almaq istəyir

Azərbaycan Türkiyədən “Barkan” adlı insansız hərbi maşın almaq niyyətindədir.

Bu barədə məlumatı sözügedən hərbi texnikanı istehsal edən “HAVELSAN” şirkətinin İdarə Heyətinin sədri Hacı Ali Mantar açıqlayıb.

Onun sözlərinə görə, Türkiyə Silahlı Qüvvələri artıq bir neçə “Barkan” ilə təmin edilib.

“Barkan”ın xarici ölkələrə satışına gəldikdə isə Mantar qeyd edib ki, hazırda Azərbaycan, Ukrayna, Pakistan, Qətər və s. digər ölkələrlə danışıqlar aparılır.

O bildirib ki, “Barkan” 5-6 ay əvvəl istifadəyə verilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti