Azərbaycanlı agent İsveçə səfər etdi, 2 əsas oyunu izlədi, bizdən gizlətmədi - FOTO

22 Oktyabr 2022 22:20 Bizimkilər 2 063
Azərbaycanlı agent İsveçə səfər etdi, 2 əsas oyunu izlədi, bizdən gizlətmədi - FOTO

“İsveçlə əlaqələrim var idi, ən çox da “Hammarbü” klubunun rəsmiləri ilə. Nəhayət, səfərin indiyə təsadüf etdi”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında azərbaycanlı futbol agenti Erkin İbrahimov Skandinaviya səfəri haqda danışarkən deyib.

Stajlı menecer İsveçrəyə səfər etməyi, daxili çempionatın oyunlarını izləməyi, bəzi futbolçuları iş başında görməyi və ən vacibi, bu ölkədə çalışan futbol funksionerləri ilə yaxın təmasda olmağı əvvəldən planlaşdırsa da, istəyi oktyabrda gerçəkləşib.

Sportinfo.az-a açıqlama verən İbrahimov İbrahimoviçin vətəninə səfərin işinə fayda verəcəyini düşünür:

“Həm “Hammarbü”, həm də AİK rəsmiləri ilə canlı ünsiyyət qurdum, şəxsən tanış oldum. İzlədiyim iki oyunda tanıdığım futbolçular var idi.

Onları da meydanda görmək xoş oldu. İndiyə qədər bir çox ölkələrdə olsam da, İsveçə gəlməmişdim. Bunun özü də səfərimə rəng qatdı deyə bilərəm.

Ümumi götürsək, işimiz elədir ki, mütləq bu cür səfərlər olmalıdır. Klub rəsmiləri, agentlər və futbolçuları yaxından tanımasan, üzbəüz danışmasan, münasibət də istədiyin kimi olmur.

Əsasən tanışlıq xarakteri daşıyan İsveç səfərimin gələcəkdə görəcəyimiz işlərdə faydalı olacağını düşünürəm”.

Erkin İbrahimov İsveç Allsvenskanı çərçivəsində oktyabrın 19-da AİK – “Haken” (1:2), ertəsi “Hammarbü” – “Sirius” (1:1) görüşlərini canlı izləyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti