Rəcəb Tayyib Ərdoğan: “Biz də Şuşada konsulluq açırıq”

22 Oktyabr 2022 12:50 Bizimkilər 677
Rəcəb Tayyib Ərdoğan: “Biz də Şuşada konsulluq açırıq”

“Türkiyə Şuşada Baş konsulluq açır”.

Bunu jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan, həmçinin Şuşada görülən yenidənqurma işlərindən danışıb:

“Avtomobil yolları ilə yanaşı, dəmir yollarının çəkilməsini də qeyd etmək lazımdır. Bunlar başa çatdığı andan etibarən artıq Şuşaya yol açılacaq.

Buralar həm yerli, həm də xarici turistlərlə canlanacaq. Əlbəttə, Şuşa Azərbaycanın cazibə mərkəzidir.

İnanıram ki, İlham bəy inşa ediləcək hotellərlə bu cazibə mərkəzini daha da cəlbedici edəcək. Amma cənab Prezident həqiqətən də dayanmır.

O, qısa zaman ərzində inşa edilən birmərtəbəli binalarla bura bir canlılıq gətirdi”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti