“Şuşanın azad edilməsi Azərbaycan və Türkiyənin müştərək şanlı tarixidir”

21 Oktyabr 2022 03:10 Bizimkilər 585
“Şuşanın azad edilməsi Azərbaycan və Türkiyənin müştərək şanlı tarixidir”

"Noyabrın 8-də alınmaz qala sayılan Şuşa erməni işğalından azad edildi və Azərbaycan bayrağı qaldırıldı. Bundan sonra Ermənistan təslim oldu. Bütün bu şanlı tarix bizim müştərək tariximizdir".

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl şəhərində mətbuata bəyanatında bildirib.

“İkinci Qarabağ savaşının ilk saatlarından əziz qardaşım, Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycana dəstək ifadə etdi. Bildirdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır və bu siyasi və mənəvi dəstək savaşın son gününə qədər davam edirdi. Bu, bizə əlavə güc verirdi, bu, bəzi qüvvələrin bu məsələyə müdaxiləsinin qabağını alırdı. Türkiyə-Azərbaycan birliyi bir daha zəfər çaldı”, - deyə dövlət başçısı qeyd edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti