Virus Mahir Emrelinin səhhətində problem yaratdı

21 Oktyabr 2022 00:30 Bizimkilər 947
Virus Mahir Emrelinin səhhətində problem yaratdı

Azərbaycan millisinin və "Dinamo"bun (Zaqreb) futbolçusu Mahir Emrelinin səhhətində problem yaranıb.

Sportinfo.az Zaqreb təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Ante Çaçiç mətbuat konfransında bildirib.

69 yaşlı mütəxəssis Emreli ilə yanaşı, daha 4 oyunçuda virus aşkarlandığını söyləyib.

Çaçiç həmin şəxslərin XIV turda "Hayduk"la səfər görüşündə iştirak etməyəcəklərini diqqətə çatdırıb.

Oktyabrın 21-də keçiriləcək "Hayduk" - "Dinamo" qarşılaşması Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti