Azərbaycanlı funksioner "Barselona"nın oyununa təyinat aldı

19 Oktyabr 2022 17:20 Bizimkilər 565
Azərbaycanlı funksioner "Barselona"nın oyununa təyinat aldı

Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan növbəti təyinat alıb.

Sportinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Çexiyada "Viktoriya" (Plzen) və "Barselona"ı arasında keçiriləcək UEFA Gənclər Liqasının qrup mərhələsinin VI tur matçında UEFA nümayəndəsi olacaq.

Noyabrın 1-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti