Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökcünün çıxış etdiyi “Eyndhoven” Niderland kubokunun 1/32 final mərhələsinin oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, “Villem II” ilə qarşılaşan eyndhovenlilər matçdan 1:0 hesablı qalibiyyətlə ayrılıb.
Oyunda yeganə qolu Ozan Can Kökcü vurub. Yığmamızın yarımmüdafiəçisinin 2-ci dəqiqədə vurduğu qolla komandası növbəti mərhələyə adlayıb.

