Xəbər verdiyimiz kimi, Azərbaycan Premyer Liqasının 10-cu turunda “Kəpəz” Gəncədə “Neftçi”ni qəbul edib.
Sportinfo.az xəbər verir ki, komandalar matça şəhid övladları ilə birlikdə çıxıb.
Həmçinin Vətən müharibəsi zamanı ermənilərin Gəncəyə atdığı raketlərdən sonra xəsarət alan, fotosu gündəm olan Bəxtiyar, həmçinin valideynlərini itirən Hüseyn və Nilay da meydançaya ayaq basıb.
Ermənilərin Gəncəyə raket hücumu nəticəsində hər iki valideynini itirmiş Hüseyn Əliyev və dağıntılar altında qalaraq ciddi xəsarətlər alan Bəxtiyar Heydərli endirib.
Hər iki komandanın kapitanı onlara üzərində imzaları olan top hədiyyə edib.

