Bu hadisə Azərbaycan millisinin müdafiəçisini məmnun etdi - VİDEO

16 Oktyabr 2022 01:10 Bizimkilər 694
Bu hadisə Azərbaycan millisinin müdafiəçisini məmnun etdi - VİDEO

Polşa çempionatında 13-cü turun matçları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi "Visla" "Legiya"nı qəbul edib.

Görüş Plotsk klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Meydana start heyətində çıxan Anton əvəz olunmayıb.

Bu qələbə sayəsində xallarını 24-ə çatdıran "Visla" ikinci pillədədi. Turnir cədvəlinə "Rakov" 26 xalla başçılıq edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti