"Arsenal"ın hücumçusu Azərbaycan millisində oynamaq istəyir

15 Oktyabr 2022 02:00 Bizimkilər 1 133
"Arsenal"ın hücumçusu Azərbaycan millisində oynamaq istəyir

Rusiyanın 1-ci divizionunda mübarizə aparan "Arsenal" klubunun hücumçusu Kamran Əliyev sportal.az-a müsahibə verib.

Sportinfo.az xəbər verir ki, Azərbaycanın və Rusiyanın U-20 yığmasında oynamış 23 yaşlı forvard hazırkı durumundan və millimizdə mümkün çıxışını dəyərləndirib.

- "Arsenal"da işlərin necə gedir? 11 oyundan sonra iki qol vurmusan...
- Ümumilikdə işlərim pis getmir. "SKA-Xabarovsk"dan ayrıldıqdan sonra fikirləşdim və başqa kluba keçməyə qərar verdim. İşlərim də normal gedir. Hazırlaşırıq.

- Komandanın əsas məqsədi nədən ibarətdi?
- Tulada hər şeyi bəyənirəm. Yaxşı baş məşqçimiz, yaxşı kollektivimiz, yaxşı azarkeşlərimiz var. Hamımızın yeganə məqsədimiz var, o da İngiltərə Premyer Liqasına vəsiqə qazanmaqdı.

- Azərbaycan klublarından təklifin var idi?
- Bəli, Azərbaycan klublarından maraq və təklif var idi. Amma mən seçimimi "Arsenal"dan yana etdim. Bu, Oleq Kononovun zəngindən sonra baş verdi. Onunla 15 dəqiqə danışdıq və Tula klubuna gəlməyə razılıq verdim.

- Azərbaycan millisindən necə, dəvətin olub?
- Bəli, Azərbaycan millisindən dəvətim var idi.

- Səni, Azərbaycan yığmasına dəvət edən, U-20 yığmasına cəlb edən Rəşad Sadıqov olub. Onunla son vaxtlarda danışmısınız?
- Onunla şəxsən bir dəfə danışmışıq. Bu da Türkiyədəki toplanış zamanı rastlaşdığımız zaman olmuşdu. Belədə, dayımla danışırlar.

- Azərbaycan millisində oynamaq istəyin var?
- Əlbəttə. Mənim Azərbaycanda millisində oynamaq istəyim həmişə olub. İndi də belədi. Necə olacağını zaman göstərəcək.

- Heç Azərbaycan millisinin oyunlarına baxırsan?
- Təbii ki, baxıram. Keçirilən görüşləri izləyirəm, nəticələrə baxıram. Hazırda onlar heç də pis oynamır. Millinin bütün oyunlarını izləməyə çalışıram. Millinin uğurlu çıxışına sevinirəm.

- "Torpedo"nun hücumçusu David Karayevin də Azərbaycan millisində oynamaq ehtimalı var. Onunla birlikdə "SKA-Xabarovsk"un hücum xəttində tandem təşkil etmisiz. Birlikdə Azərbaycan millisində oynamağı düşünmüsüz?
- Bəli, Davidlə bu məsələni müzakirə etmişik. Onunla birlikdə Azərbaycan millisində oynamağın pis fikir olmadığını düşünmüşük. Ancaq necə olacağını təbii ki, zaman göstərəcək.

- Yaxşı, bəs Azərbaycan millisində nə vaxt debüt edəcəksən?
- Son vaxtlar Azərbaycan millisində oynamaq haqda çox və tez-tez düşünürəm. Hətta bunu yaxınlarımla müzakirə edirik. Allah qoysa, tezliklə bu gerçəkləşər. Əla olardı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti