FIFA referisi Əliyar Ağayev Belçikada "Yunion" və Portuqaliya "Braqa"sı arasında Avropa Liqasının qrup mərhələsində D qrupunun IV tur oyununu idarə edib.
Ona Zeynal Zeynalov və Akif Əmirəli laynsmanlar qismində köməklik göstərib. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirib.

Sportinfo.az xəbər verir ki, "Den Dreef" stadionunda oynanılan qarşılaşma 3:3 yekunlaşıb. Ağayev görüş ərzində 4 dəfə əlini cibinə atıb.
O, meydan sahiblərindən Jan Tyerri Lazar və Senne Linenə, qonaqlardan isə Fabiano Silva ilə Siko Niakateyə sarı vərəqə göstərib.

