FOTO - İranda repressiyada iştirakdan imtina edən “Traktor”lu əsgər həbs edilib

14 Oktyabr 2022 02:10 Bizimkilər 516
FOTO - İranda repressiyada iştirakdan imtina edən “Traktor”lu əsgər həbs edilib

Güney azərbaycanlı əsgər etirazçılara qarşı repressiyada iştirakdan imtina etdiyi üçün həbs edilib

Sportinfo.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Təbrizdə yaşayan və “Traktor”a sevgisi ilə bilinən gənc yazar Ramin Behzad İran hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Yerli mənbələrin məlumatına görə, hazırda hərbi xidmətdə olan Behzad etirazçıların zorakılıqla yatırılması ilə bağlı komandanlığın əmrinə tabe olmayıb və buna görə həbsə atılıb.

Yaxınlarının dediyinə görə, 10 gün öncə həbs edilən gənc yazıçının harada saxlanıldığı barədə məlumat əldə edə bilmirlər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti