AFFA ölkə xaricində doğulan daha bir azərbaycanlı yeniyetmə futbolçunu milliyə cəlb etmək istəyir.
Söhbət Rusiyada dünyaya gələn Ömər Axundovdan gedir.
2006-cı ildə həyata göz açan Ömər 3 yaşından futbolun sirlərini öyrənməyə başlayıb. Kalininski şəhərinin yerli «Zenit»ində topla tanış olan həmyerlimiz indiyədək bu klubun şərəfini qoruyur.
Sol cinah hücumçusu mövqeyiondə çıxış edən yeniyetmənin atası Dinar Axundov Sportinfo.az-a bildirib ki, AFFA-nın skautu Rüfət Kərimli onunla əlaqə saxlayıb:
«O, Ömərlə bağlı məlumatlarla maraqlandı. Oğlum hələ iyulda 16 yaşlıların təlim-məşq toplanışında iştirak etməli idi.
Həmin vaxt yoxlanışa çağırılan uşaqların sayı çox olduğundan, AFFA-dan sonra bizə dedilər ki, oğlunuzu növbəti toplanışa çağıracağıq.
Hələ dəqiq tarixini söyləməyiblər, ancaq düşünürəm ki. yaxın vaxtlarda keçirilməlidir.
Ömər balaca yaşlarından meylini futbola salıb. Bütün günü ancaq futbol və gələcək karyerası haqda fikirləşir.
Mən də bir ata olaraq ona dəstəyəm, indiyədək nə arzulayıbsa, həyata keçirmişəm. Oğlumun böyük karyera qurmasını, Azərbaycan millisində forma geyinməsini istəyirəm.
Ailəmiz uzun illərdir Rusiyada yaşayır. Ömər də elə burada dünyaya gəlib. Doğma vətəndən kənarda yaşasaq da, hər mənada Azərbaycana bağlıyıq.
Burada hamıya Qarabağı təbliğ edirik, bu torpağın Azərbaycana məxsus olmasını başa salırıq.
Ömər AFFA-dan gələcək növbəti təklifi gözləyir. Gələn dəfə U-18-in toplanışına dəvət almalıdır».
Videonu bu linkə daxil olaraq izləyin:
Videonu bu linkə daxil olaraq izləyin:
Videonu bu linkə daxil olaraq izləyin:

