Ağayev Belçika və Portuqaliya klubu arasında…

11 Oktyabr 2022 13:20 Bizimkilər 950
Ağayev Belçika və Portuqaliya klubu arasında…

Azərbaycanın FIFA referisi Əliyar Ağayev növbəti dəfə təyinat alıb.

Sportinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Belçikada "Yunion" və Portuqaliya "Braqa"sı arasında Avropa Liqasının qrup mərhələsinin IV tur oyununu idarə edəcək.

Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli laysmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Matçın VAR hakimləri türkiyəli Abdulkadir Bitigen və Mete Kalkavandır.

Qarşılaşma oktyabrın 13-də keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti