"Dinamo"nun baş məşqçisi Mahir Emrelidən nə söylədi?

11 Oktyabr 2022 09:20 Bizimkilər 1 448
"Dinamo"nun baş məşqçisi Mahir Emrelidən nə söylədi?

Azərbaycan millisinin və Zaqreb "Dinamo"sunun futbolçusu Mahir Emreli Xorvatiyada Avstriya "Zaltsburq"una qarşı keçirəcəkləri Çempionlar Liqasının qrup mərhələsinin IV tur oyununda meydana çıxa bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Ante Çaçiç matçdan öncə təşkil olunan mətbuat konfransında açıqlama verib.

Xorvatiyalı mütəxəssis 25 yaşlı hücumçunun heyətdə olacağını bildirib. Lakin o, forvarda şans verib-verməyəcəyini açıqlamayıb.

FIFA Mahir Emrelini sabiq klubu olan Polşa "Legiya"sı ilə müqaviləsindəki maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün cəzalandırmışdı.

Hücumçu Varşava təmsilçisinə borcunu ödədikdən sonra ali futbol qurumu onunla bağlı qərarı ləğv edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti