UEFA 7-ci qrupda keçiriləcək oyunları bizimkilərə tapşırdı

8 Oktyabr 2022 03:20 Bizimkilər 910
UEFA 7-ci qrupda keçiriləcək oyunları bizimkilərə tapşırdı

FIFA referilərimiz UEFA-dan təyinat alıblar.

Sportinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, FIFA referisi Rauf Cabarov və FIFA referi köməkçisi Namiq Hüseynov 17 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin 7-ci qrupunda keçiriləcək oyunlara təyinat alıblar.

İsveç, Xorvatiya, Uels və Albaniya komandalarının mübarizə aparacağı bu qrupun oyunları oktyabrın 20-dən 26-dək Xorvatiyada təşkil ediləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti