Azərbaycanlı xanım nüfuzlu beynəlxalq qurumun ali orqanına üzv seçildi - Romadan FOTOLAR

5 Oktyabr 2022 03:00 Bizimkilər 430
Azərbaycanlı xanım nüfuzlu beynəlxalq qurumun ali orqanına üzv seçildi - Romadan FOTOLAR

İtaliyanın paytaxtı Romada Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) 84-cü konqresi başlayıb.

Sportinfo.az xəbər verir ki, konqresdə Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) nümayəndə heyəti də iştirak edir.

Bu gün qurumun aparıcı qitə təşkilatı - Avropa İdman Mətbuatı İttifaqının (AIPS Europe/UEPS) İcraiyyə Komitəsinə seçkilər olub.

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının birinci vitse-prezidenti Nərgiz Mahmudzadə səs çoxluğu ilə Avropa İdman Mətbuatı İttifaqının (AIPS Europe/UEPS) İcraiyyə Komitəsinə üzv seçilib.

Səsvermədə iştirak edən 39 Avropa ölkəsindən 31-i Nərgiz Mahmudzadəyə səs verib.

Konqres oktyabrın 6-na kimi davam edəcək.

Digər Xəbərlər
Xəbər Lenti