Millimzin müdafiəçisi oynadı, Cənubi Azərbaycan klubu Tehranda lideri məğlub etdi - VİDEO

4 Oktyabr 2022 01:10 Bizimkilər 648
Millimzin müdafiəçisi oynadı, Cənubi Azərbaycan klubu Tehranda lideri məğlub etdi - VİDEO

Futbol üzrə İran çempionatında 7-ci turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Cənubi Azərbaycan "Traktor"u Tehranda "Persepolis"in qonağı olub.

Qarşılaşma Təbriz təmsilçisinin 1:0 hesablı qələbəsiylə başa çatıb.

Azərbaycan milli komandasının müdafiəçisi Höccət Haqverdi də bu görüşün iştirakçısı olub. 29 yaşlı futbolçu matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda qalıb.

7 turdan sonra 11 xal toplayan "Traktor" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Təbrizlilər lider "Persepolis"dən 4 xal geri qalır.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı