Quliyevdən məhsuldar ötürmə, Sadıqov üçün 7 dəqiqə - VİDEO

3 Oktyabr 2022 03:40 Bizimkilər 526
Quliyevdən məhsuldar ötürmə, Sadıqov üçün 7 dəqiqə - VİDEO

Rusiya Premyer Liqasında 11-ci turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı futbolçular – Ayaz Quliyev və İlya Sadıqovun formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv evdə Moskva ÇSKA-sı ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

Sadıqov bu matçın 83-cü dəqiqəsində meydana buraxılıb. Quliyev isə start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

Komandasının 88-ci dəqiqədə vurduğu yeganə qolun məhsuldar ötürməsini də Ayaz verib.

“Ximki” 11 turdan sonra 8 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti