Azərbaycanlı hücumçu "Sürix"lə derbidə necə təsir bağışladı? - VİDEO

3 Oktyabr 2022 01:50 Bizimkilər 566
Azərbaycanlı hücumçu "Sürix"lə derbidə necə təsir bağışladı? - VİDEO

İsveçrə Super Liqasında 9-cu turun oyunları keçirilir.

Sportinfo.az xbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Qrashopper" doğma meydanda "Sürix"lə qarşılaşıb.

Sürix derbisi 1:1 hesablı bərabərliklə başa çatıb..

Renat bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan hücumçu 64-cü dəqiqədə əvəzlənib. O, 57-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

9 turdan sonra 13 xal toplayan "Qrashopper" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti