Yığmamızın legioneri III Bundesliqada qol vurdu - VİDEO

2 Oktyabr 2022 02:20 Bizimkilər 353
Yığmamızın legioneri III Bundesliqada qol vurdu - VİDEO

Almaniya 3-cü Bundesliqasında 10-cu turun oyunlarına start verilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Dmitri Nazarovun çıxış etdiyi "Ertsebirge" doğma meydanda "Meppen"i qəbul edib.

Qarşılaşma ev sahiblərinin 3:0 hesablı qələbəsiylə başa çatıb.

Dmitri Nazarov da bu görüşün iştirakçısı olub. 32 yaşlı yarımmüdafiəçi qarşılaşmaya start heyətdə başlayıb və 73-cü dəqiqədə əvəzlənib. Nazarov 45+5-ci dəqiqədə komandasının ikinci qolunu vurub.

Xallarını 6-ya yüksəldən "Ertsebirge" turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti