Azərbaycan millisinin hücumçusu “İstanbulspor”dan ayrıldı

1 Oktyabr 2022 00:40 Bizimkilər 466
Azərbaycan millisinin hücumçusu “İstanbulspor”dan ayrıldı

Azərbaycanın U-21 millisinin hücumçusu Mustafa Yıldırım klubsuz qalıb.

Sportinfo.az xəbər verir ki, türkiyəli hücumçu “İstanbulspor”dan ayrılıb.

20 yaşlı futbolçu klubdan ayrılması barədə sosial şəbəkədə paylaşım edərək, bunları yazıb:

“İstanbulspor”la olan sözləşməmə qarşılıqlı razılıq əsasında xitam verildi. Bu günə qədər mənə etdikləri hər şey üçün kluba təşəkkür edirəm”.

​Əsas komandada oynamaq şansı qazanmayan forvardın bundan sonra hansı komandada oynayacağı məlum deyil.

“Alanyaspor”un yetirməsi olan Mustafa “İstanbulspor”la müqavilə imzalasa da, “Pazarspor”da icarə əsasında çıxış edib.

Mustafa Yıldırım Azərbaycanın U-19 millisində də oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti