Avropa çempionatında oynayacaq azərbaycanlı futbolçu: “Hər şey sənin üçündür” - FOTO

28 Sentyabr 2022 22:40 Bizimkilər 1 290
Avropa çempionatında oynayacaq azərbaycanlı futbolçu: “Hər şey sənin üçündür” - FOTO

Ukraynanın U-21 yığması Avropa çempionatında çıxış edəcək.

Sportinfo.az xəbər verir ki, Ruslan Rotanın rəhbərlik etdiyi kollektiv pley-off matçlarında Slovakiyadan olan həmyaşıdlarını məğlub ediblər.

Səfərdə rəqibinə 2:3 uduzan ukraynalılar, Polşada keçirilən ev görüşündə Danila Sikanın het-triki sayəsində 3:0 qalib gəlib.

Ukraynanın U-21 yığmasının azərbaycanlı futbolçu Eldar Quliyev bu iki görüş üçün milliyə cəlb edilsə də, heç bir oyunda meydana çıxmayıb.

Quliyev sosial şəbəkədə komandasının uğuru barədə paylaşım edərək bunları yazıb: "Hər şey sənin üçündür Ukrayna! Biz Avropa çempionatındayıq".

U-21 yığmalarının Avropa çempionatı gələn il keçiriləcək və ev sahibi Gürcüstanla Rumıniyadı.

Digər Xəbərlər
Xəbər Lenti