"Daim burada olmağın zəmanəti yoxdur - Biz çox milliyətçi ailəyik"

27 Sentyabr 2022 13:40 Bizimkilər 467
"Daim burada olmağın zəmanəti yoxdur - Biz çox milliyətçi ailəyik"

Azərbaycan millisi UEFA Millətlər Liqası qrup mərhələsinin son turunun oyununda Bakıda Qazaxıstanı 3:0 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, yığmamızın yarımmüdafiəçisi Ozan Can Kökçü bu haqda sualları cavablandırıb:

- Təbii ki, çox xoşbəxtik. Ardıcıl 3-cü qələbə oldu. Şəxsən mən çox qürurlu və sevincliyəm. Bunu gələcək turnirlərdə də davam etdirə bilərik. Çox çalışıb, əlimizdən gələni edəcəyik.

- Artıq millidə öz yerini aldığını düşünürsən?

- Milli komanda elə yerdir ki, daim burada olmağın zəmanəti yoxdur. Klubda hər matçı yaxşı oynamalısan. Çünki, daim izlənilirsən. Bura gələndə də hər zaman canla-başla çalışıb, əlindən gələni etməlisən.

- Qardaşın Orkun Kökçü Türkiyə millisində oynayır, sən isə burada. Düşüncələrin necədir?

- Biz çox milliyətçi ailəyik. Hər iki bayraqda ay-ulduz var. Azərbaycan və Türkiyənin mənim üçün fərqi yoxdur. Ailə olaraq qürurlu və xoşbəxtik. Ümid edirəm ki, ikimiz də uzun illər millilərin formasını geyinərik.

- Bu matçlar göstərdi ki, yaxşı formadasan. Azərbaycan klublarından təklif gəlsə, qayıtmağı düşünürsən?

- Nə desəm, yanlış başa düşülər. Azərbaycanda "Qarabağ", "Neftçi", "Zirə" kimi yaxşı komandalar var. Futbolda sabah harada olacağını bilmək olmaz. İndi "Eyndhoven"də özümü yaxşı hazırlayıram, motivasiyalıyam, işlərimiz yaxşı gedir. Mövsümdən mövsümə baxıram. Meydana çıxdığım hər matçda yaxşı oynamaq istəyirəm. Mövsümün sonunda necə olacağını görəcəyik.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"