"Bəlkə də qalib gəlsəydik, Azərbaycan millisindən dəvət gözləyərdim”

25 Sentyabr 2022 01:10 Bizimkilər 854
"Bəlkə də qalib gəlsəydik, Azərbaycan millisindən dəvət gözləyərdim”

Ukrayna Premyer Liqasında iştirak edən "İnqulets"in azərbaycanlı futbolçusu Dmitri Nağıyev sportal.az-a açıqlama verib.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı müdafiəçi öncə geridə qalan 4 turu dəyərləndirib.

Bütün oyunlarda meydanda olan Nağıyev komandasının çıxışı barədə bu cür danışıb:

"Əsas odur ki, çətin dönəmdə çempionat start götürdü və davam edir. Buna görə Allaha şükür edirəm.

Artıq 4 oyun geridə qalıb. Hələ ki, iki heç-heçə edib, iki oyunda da uduzmuşuq.

Düzünü desəm, daha yaxşı nəticə qazanacağımızı ehtimal edirdik. Futboldur da, bəzən belə olur.

Ölkədə insanlar üçün təhlükə hələ də qalıb. Amma komandamızın iştirakı ilə keçirilən matçlarda həyəcan siqnalı verilməyib. Hər şey rahat və yaxşı alınıb".

Ukrayna Premyer Liqasının oyunlarının iştirakçısı olan Dmitri Azərbaycan milli komandasında oynamaq istədiyini söyləyib:

"Bəlkə də, "İnqulets" bütün oyunlarda qalib gəlsəydi, Azərbaycan millisindən dəvət gözləyərdim. Amma belədə, millidən dəvət gəlməyəcəyini ehtimal edirdim".

Dörd turdan sonra "İnqulets" Premyer Liqada 16 komanda arasında 2 xalla 12-ci pillədədi.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"