UEFA açıqladı – Burada Şahruddinin də adı var

24 Sentyabr 2022 13:40 Bizimkilər 1 954
UEFA açıqladı – Burada Şahruddinin də adı var

UEFA Millətlər Liqasında 5 turdan sonra qapıçıların statistik göstəriciləri açıqlanıb.

Sportinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ən yaxşılar arasında Azərbaycan millisinin qolkiperi Şahruddin Məhəmmədəliyevin də adı var.

28 yaşlı "əlcək sahibi" 5 oyunda 17 qurtarış edərək 4-cü pillədə qərarlaşıb.

İlk sırada Qazaxıstan yığmasının qapıçısı İqor Şatskix (5 oyun, 21 seyv), ikinci yerdə Antoni Moris (Lüksemburq), üçüncü yerdə Benyamin Byühel (Lixtenşteyn) yer alıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti