Ölkə xaricində çalışan məşqçimiz azərbaycanlı futbolçular üçün hərəkətə keçdi

21 Sentyabr 2022 23:40 Bizimkilər 1 196
Ölkə xaricində çalışan məşqçimiz azərbaycanlı futbolçular üçün hərəkətə keçdi

Gənc azərbaycanlı futbolçuların Moldovada legioner həyatı yaşaması üçün yeni imkanlar yaranıb.

Belə ki, azərbaycanlı mütəxəssis Novruz Əzimov hazırda bu ölkənin “Dinamo Avto” komandasını çalışdırır.

Klubun strategiyası yalnız gənc futbolçulara şans vermək və onların inkişafına yol açmaqdır. Əbəs deyil ki, bu gün komandada 4-5 futbolçudan başqa digərlərinin yaşı 21-dən aşağıdır.

Heyətdə 15-dən çox legioner çıxış edir. Və qış fasiləsində onların arasında gənc həmyerlilərimiz də ola bilər.

Əzimov bu məqsədlə vətəndə tanıdığı perespektivli oyunçularla danışıqlar aparır. Onların adlarını öyrənə bilməsək də, aktiv danışıqların getdiyi 3 oyunçu olduğunu dəqiqləşdirə bildik.

Əgər razılıq əldə olunsa, tezliklə həmin oyunçular Moldovada çıxış edəcəklər.

Təcrübəli mütəxəssis 2 həftə əvvəl “Dinamo Avto”ya baş məşqçi təyin olunub. Komanda onun rəhbərliyi altında meydana çıxdığı iki oyunda 1 qələbə və 1 bərabərlik əldə edib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti