“Araz Naxçıvan”ın rəhbər şəxsi Türkiyəyə niyə getdi? - FOTOLAR

21 Sentyabr 2022 19:40 Bizimkilər 829
“Araz Naxçıvan”ın rəhbər şəxsi Türkiyəyə niyə getdi? - FOTOLAR

25 - 31 may 2023-cü ildə Ərzurumda keçiriləcək UYAFA Palandökən CUP – 2023 Beynəlxalq turnir çərçivəsində UYAFA prezidenti Özcan Şimşəyin rəhbərliyi ilə Ərzurum valisi Okay Memişin ofisində görüş olub.

Sonra ziyarətçilər Ərzurum Gənclik və Spor müdürü Birdal Öztürk və Ərzrum Böyükşəhər Bələdiyyəsinin baş katibi Zəfər Aynalı ilə görüşüblər.

KİGON YAPAY ZEKA şirkətinin idarə heyətinin sədri Husbnq Ebrahimi-Manye, KİGON texniki meneceri Amir Qhoda, “Araz Naxçıvan” PFK İdarə Heyətinin sədrinin müavini Sakit Rzayev, UYAFA Palandökən CUP baş koordinatoru Əli Güney və KİGON Türkiyə təmsilçisi Kamuran Çakırın qatıldığı görüşdə gələn il U-13 komandaları arasında turnirə qatılacaq Avropa təmsilçiləri ilə bağlı məlumat verilib.

Bundan əlavə, UYAFA ilə KİGON “Yapay Zəka” şirkəti ilə iş birliyi məsələsində, futbol meydançaları, texniki məsələlər və qidalanmaqla bağlı müzakirələr olub.

Müzakirələrin nəticəsində rəsmi qurumlarda yer alacağı təşkilat komitəsinin qurulması ilə bağlı qərarlar verilib. Təşkilat komitəsində “Araz Naxçıvan” PFK-dan Sakit Rzayev yer alıb.

Turnirə 24 komanda qatılacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti