Tanınmış azərbaycanlı futbolçu UEFA-nın yeni qərarı ilə RAZILAŞMADI

21 Sentyabr 2022 13:20 Bizimkilər 1 023
Tanınmış azərbaycanlı futbolçu UEFA-nın yeni qərarı ilə RAZILAŞMADI

Azərbaycan əsilli veteran futbolçu Aleksandr Səmədov Rusiya millisinin 2024-cü ildə keçiriləcək Avropa çempionatına buraxılmamasına münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, keçmiş yarımmüdafiəçi "Sport-Express" nəşrinə açıqlamasında futbolçulara görə təəssüfləndiyini söyləyib.

O, hazırkı vəziyyətin kədərli olduğunu vurğulayıb:

"Bütöv bir nəsil böyük turnirlərsiz qala bilər. AVRO-2024-ün bizsiz keçirilməsi təəssüf doğurur. Uşaqlar mundialda oynamaq imkanını itirdikdən sonra qitə çempionatından da kənarda qaldılar".

Aleksandr Səmədov futbolçu karyerası ərzində Moskvanın “Spartak”, “Dinamo” və “Lokomotiv” klublarında, həmçinin "Krılya Sovetov” komandasında çıxış edib.

O, son olaraq "Lokomotiv"də baş seleksiyaçı olub. Səmədov Rusiya millisinin də formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu