Yığmamızın müdafiəçisi bu səfərdən məyus qayıtdı - VİDEO

20 Sentyabr 2022 03:20 Bizimkilər 438
Yığmamızın müdafiəçisi bu səfərdən məyus qayıtdı - VİDEO

Polşa çempionatında 10-cu turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Zaqlembe” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

Krivotsyuk da bu görüşün iştirakçısı olub. Millimizin üzvü start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

“Visla” 10 turdan sonra 17 xalla 18 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti