Adı iştirak ərizəsinə daxil edilmədi, amma sevindi - VİDEO

20 Sentyabr 2022 03:00 Bizimkilər 898
Adı iştirak ərizəsinə daxil edilmədi, amma sevindi - VİDEO

İsveçrə Kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, millimizin hücumçusu Renat Dadaşovun şərəfini qoruduğu "Qrasshopper" səfərdə aşağı liqa təmsilçisi "Qoldstern"lə qarşılaşıb.

3:0 hesabı ilə qalib gələn Super Liqa klubu növbəti mərhələyə yüksəlib.

Renat Dadaşov bu görüşdə iştirak etməyib. 23 yaşlı forvardın adı matçın iştirak ərizəsində yer almayıb.

Digər Xəbərlər
Xəbər Lenti