"Daha çoxunu istəyirdik"

20 Sentyabr 2022 02:30 Bizimkilər 331
"Daha çoxunu istəyirdik"

"Eyndhoven"də çıxış edən Ozan Can Kökçü Niderland çempionatının 8-ci turunun "Roda" ilə oyunundan (3:3) sonra instaqramda paylaşım edib.

Sportinfo.az xəbər verir ki, komandasının üçüncü qolunu vuran 24 yaşlı vinger irəliləməyə davam etdiklərini bildirib:

"Bir xaldan daha çoxunu istəyirdik. İrəliləməyə davam edirik. İndi isə beynəlxalq oyunlar üçün fasilədir".

Ozan Can Azərbayca millisinin Millətlər Liqasında Slovakiya və Belarusla oyunları üçün heyətə dəvət alıb.

Futbolçu bu mövsüm "Eyndhoven"in heyətində meydana çıxdığı 7 oyunda 4 qola imza atıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!