Şəhid olmazdan öncə atasından bunu xahiş edibmiş... VİDEO

18 Sentyabr 2022 14:30 Bizimkilər 336
Şəhid olmazdan öncə atasından bunu xahiş edibmiş... VİDEO

"Torpağa bas, torpağa"... "qoy addımları möhkəm olsun"...

Elə deyərlər bizim oralarda. Yeni doğulan körpəni əvvəlcə torpaqla tanış edər, sonra qucağa alarlar.

Gəldiyin yerə gedəcəyin yeri tanıtmaqdır bu həm də.

Hər şey Vətən üçün, sənin üçün, can Vətən!

Zərrən uğrunda ölümə gedən bu igidlər sənin övladlarındır, sənin ordundur!

Daşına, qayana baş qoyan oğulların şərqisidir bu, şəhid Mirtalıbın qurumuş dodaqlarından tökülür. Qürurla, fəxrlə, şərəflə!

Daha neçə can yoluna qurbandır. Gəl səninlə dərdləşək, ey Vətən, analar balalarını örpəyə bələyər, sən isə bayrağa büküb torpağa tapşırırsan... Üzü soyuqdu axı... Balam layla...

Bu qan həmin qandır, cəbhədə qovuşduran, qohum olduqlarından xəbərsiz iki döyüş yoldaşını Mirtalıbın son nəfəsində birləşdirən.

Bu da bir taledir: şəhidimizin son nəfəsini qollarında verdiyi döyüş yoldaşı, hərbi həkim əslində onun qohumudur, amma Mirtalıb bunu bilmədən dünyasını dəyişir.

Torpaq - əgər uğrunda ölən varsa Vətəndir! O getdiyin haqq yolunda Vətənə çaldığın laylana qurban, şəhid Mirtalıb! Xudayara salam de... Bir də de ki, siz keçən yolların dumanı çəkildi.

Digər Xəbərlər
Xəbər Lenti