Şəhid Nicat Qarazadə İkinci Fəxri xiyabanda dəfn edildi - FOTOLAR

17 Sentyabr 2022 21:50 Bizimkilər 328
Şəhid Nicat Qarazadə İkinci Fəxri xiyabanda dəfn edildi - FOTOLAR

Sentyabr 12-dən-13-ə keçən gecə erməni silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan əsgər 2002-ci il təvəllüdlü Qarazadə Nicat Malik oğlunun nəşi yaşadığı Abşeron rayonu, Ceyranbatan qəsəbəsinə gətirilib.

Şəhidin vida mərasimi yaşadığı evdə baş tutub.

Mərasim iştirakçıları şəhidi “Qarabağ Azərbaycandır”, “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səsləndirərək son mənzilə yola salıblar.

Mərasimdə şəhidin yaxınları, rayon rəhbərliyi, hərbçi yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edib.

Vida mərasimindən sonra şəhidin nəşi dəfn olunmaq üçün İkinci Fəxri xiyabana yola salınıb və burada dəfn olunub. Dəfn mərasimində şəhidin ailə üzvləri, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Nicat Qarazadə ailənin dördüncü şəhididir.

2002-ci il təvəllüdlü şəhid əsgər Qarazadə Nicat Malik oğlu Yardımlı rayon Zənrgənə kənd sakini olub.

Ermənistan Silahlı Qüvvələrinin son üç gün ərzində törətdiyi təxribatlar nəticəsində 79 hərbçimizin şəhid olduğu açıqlanıb.








Digər Xəbərlər
Xəbər Lenti