“Bəzi bölmələrimizin mühasirəyə düşməsi yalandır” - Müdafiə Nazirliyi

16 Sentyabr 2022 22:10 Bizimkilər 622
“Bəzi bölmələrimizin mühasirəyə düşməsi yalandır” - Müdafiə Nazirliyi

"Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin Azərbaycan silahlı qüvvələrinin bəzi bölmələrinin mühasirəyə düşməsi barədə dediyi fikirlər tam yalandır və növbəti dezinformasiyadır".

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Bildiririk ki, Azərbaycan silahlı qüvvələri əməliyyat şəraitinə tam nəzarət edir. Strateji təşəbbüs və strateji üstünlük Azərbaycana məxsusdur.

Yanlış məlumatlar yaymaq əvəzinə Ermənistan tərəfini atəşkəs haqda əldə olunmuş razılaşmanı gücləndirməyə çağırırıq", - məlumatda deyilir.

Digər Xəbərlər
Xəbər Lenti