20 yaşlı şəhidimiz Şəkidə torpağa tapşırıldı - FOTOLAR

16 Sentyabr 2022 10:10 Bizimkilər 614
20 yaşlı şəhidimiz Şəkidə torpağa tapşırıldı - FOTOLAR

20 yaşlı şəhid hərbi qulluqçumuz Lətifov Fərid Qiyas oğlu dəfn olunub.

Şəhidimiz doğulduğu Şəki şəhərində torpağa tapşırılıb.

Vətən Müharibəsi iştirakçısı olan Fərid 10 noyabr 2001-ci ildə Şəkidə anadan olub.

2020-ci ildən hərbi xidmətdə olan F.Lətifov Cəbrayılın, Şuşanın, Xocavəndin və kəlbəcərin azad edilməsinə görə medalları ilə təltif olunub.

O, 14 sentyabr 2022-ci ildə şəhidlik zirvəsinə ucalıb.

Allah rəhmət eləsin!


Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti