Azərbaycanın U-21 yığmasının üzvü olmuş Ozancan Kökçü Niderland 1-ci liqasında adından söz etdirməyi bacarır.
Sportinfo.az xəbər verir ki, çempionatı keçirən qurum Kökçüyə həftənin heyətində yer verib.
Yığmamızın sabiq vingeri bu mövsüm meydana çıxdığı 6 görüşdə 3 qol vurub.
Onun komandası 7 turdan sonra 17 xalla “Zvolle”nin ardından ikinci pilləni tutur.


