Nağıyev Ukrayna Premyer Liqasında məğlubiyyətlə üzləşdi - VİDEO

14 Sentyabr 2022 03:00 Bizimkilər 811
Nağıyev Ukrayna Premyer Liqasında məğlubiyyətlə üzləşdi - VİDEO

Ukrayna Premyer Liqasında 4-cü turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycanın U-21 millisinin keçmiş üzvü Dmitri Nağıyevin formasını geyindiyi "İnqulets" doğma meydanda "Minay"ı qəbul edib.

Matç qonaqların 2:1 hesablı qələbəsiylə başa çatıb.

Nağıyev bu görüşə start heyətdə başlayıb və 90 dəqiqə mübarizə aparıb.

"İnqulets" 4 oyundan sonra cəmi 2 xal toplayıb və 14 kollektiv arasında 12-ci sırada qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti