Azərbaycan yığmasına çağırılmayan futbolçu "Eyndhoven"i sevindirdi - VİDEO

12 Sentyabr 2022 03:00 Bizimkilər 1 329
Azərbaycan yığmasına çağırılmayan futbolçu "Eyndhoven"i sevindirdi - VİDEO

Niderland I Divizionunda VI turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Ozan Can Kökçünün şərəfini qoruduğu "Eyndhoven" doğma meydanda "Maastrixt"i qəbul edib.

Matç ev sahiblərinin 5:0 hesablı qələbəsiylə başa çatıb.

Ozan Can Kökçü də bu görüşün iştirakçısı olub. 25 yaşlı vinger qarşılaşmaya start heyətdə başlayıb və 73-cü dəqiqədə əvəzlənib. O, 72-ci dəqiqədə komandasının 4-cü qolunu vurub.

6 turdan sonra 16 xal toplayan "Eyndhoven" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti