Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi "Dinamo" Xorvatiya çempionatında 9-cu turun oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, Zaqreb klubu "NK Qoritsa"nın qonağı olub.
Mahirin komandası Orsiçin vurduğu qolla rəqibinə 1:0 qalib gəlib. Emreli 64-cü dəqiqədə Yosip Drmiçin əvəzinə meydana daxil olub.
“Dinamo” 9 turdan sonra 25 xalla zirvədə qərarlaşıb.

