Nazim Süleymanov “Ximki”yə Azərbaycandan kimi aparacaq?

10 Sentyabr 2022 19:40 Bizimkilər 1 673
Nazim Süleymanov “Ximki”yə Azərbaycandan kimi aparacaq?

Azərbaycanlı məşqçi Nazim Süleymanov karyerasını vaxtilə futbolçu kimi parladığı Rusiyada davam etdirəcək.

57 yaşlı mütəxəssis Premyer Liqada çıxış edən “Ximki”nin U-19 komandasının “sükanı” arxasına keçib.

Klub həmyerlimizi ictimaiyyətə təqdim edib, Süleymanov isə artıq bir neçə gündür işinin icrasına başlayıb.

İndi sual doğuran məqamlardan biri Nazim bəyin köməkçilərinin kimliyidir. Bu cür hallarda baş məşqçi yaxından tanıdığı məşqçilərin xidmətinə ehtiyac duyur ki, bu da anlaşılandır.

Vaxtilə Nazim Süleymanova yaxınlığı ilə seçilən Səmədağa Şıxlarov dünyasını dəyişib, Novruz Əzimov isə Moldovada “Dinamo-Avto” ilə anlaşıb.

Belədə təcrübəli çalışdırıcının hansı azərbaycanlı məşqçiyə və ya məşqçilərə güvənəcəyi sual doğurur.

Maraqlandıq və məlum oldu ki, Nazim Süleymanov “Ximki”nin U-19 komandasında hələ ki, yeganə azərbaycanlı olacaq. Ona yerli mütəxəssislər yardım edəcək.

Gələcəkdə işi ilə rəhbərliyin etimadını qazanarsa, əvəzedici, hətta əsas komandaya başçılıq etməsi mümkün görünə bilər. Bu zaman Azərbaycanda yaxından tanıdığı məşqçiləri özünə köməkçi götürməsinə şərait yaradılacaq.

Nazim Süleymanov vaxtilə “Xəzər Lənkəran”, “Jemçujina”, AZAL, “Neftçi” və “Sumqyıt”ı çalışdırıb, Azərbaycanın gənclər millisinin baş məşqçisi olub.

HƏBİB SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti