Futbolçu kimi Azərbaycan futbolunun əfsanələrindən hesab olunan Nazim Süleymanov karyerasını Rusiyada davam etdirəcək.
57 yaşlı mütəxəssisin səhmdarlarından biri həmyerlimiz olan “Ximki” ilə anlaşdığını xəbər vermişdik.
O, sözügedən klubun U-19 komandasını çalışdıracaq.
Ximkinin eyniadlı klubu Süleymanovu bu gün rəsmi şəkildə ictimaiyyətə təqdim edib. Onun haqqında klub saytında bu sözlər yazılıb:
“Dinamo” ilə oyundan öncə “qırmızı-qaralar”ın gənclər komandasına Nazim Süleymanov baş məşqçi təyin olunub.
Mütəxəssis buna qədər Azərbaycan millisində, Azərbaycanın gənclərdən ibarət yığmasında, Soçi “Jemçujina”sında, AZAL-da və “Neftçi”də çalışıb. “Ximki”yə qədər onun sonuncu iş yeri “Sumqayıt” olub.
Nazim Hacıbaba oğlu Süleymanovu salamlayır və ona “Ximki”nin gənclər komandasında uğurlu fəaliyyət arzulayırıq”.
Azərbaycanın məşhur simalarından olan Nazim Süleymanov 2018-ci ildən bu yana işsiz idi.
HƏBİB / SPORTİNFO.AZ

