Azərbaycan millisinə namizəd futbolçu Ukrayna yığmasına çağırıldı

9 Sentyabr 2022 00:30 Bizimkilər 1 468
Azərbaycan millisinə namizəd futbolçu Ukrayna yığmasına çağırıldı

"Minay"da çıxış edən azərbaycanlı futbolçu Eldar Quliyev növbəti dəfə bu ölkənin U-21 yığmasına çağırılıb.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Ruslan Rotan Slovakiya ilə 2023-cü il Avropa çempionatının pley-off matçları üçün 20 yaşlı yarımmüdafiəçiyə dəvət göndərib.

Bu komandalar arasında qarşılaşmalar sentyabrın 23-ü və 27-də oynanılacaq.

Eldar Quliyev Azərbaycan millisinə namizəd futbolçulardan hesab olunur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti