Azərbaycanlı hücumçu Super Liqada avqustun ən yaxşısı seçildi

8 Sentyabr 2022 22:20 Bizimkilər 719
Azərbaycanlı hücumçu Super Liqada avqustun ən yaxşısı seçildi

"Qrasshopper"də çıxış edən Azərbaycan millisinin hücumçusu Renat Dadaşov İsveçrə Super Liqasında avqustun ən yaxşı futbolçusu seçilib.

Sportinfo.az xəbər verir ki, 23 yaşlı forvard azarkeşlər arasındakı səsvermədə bütün rəqiblərini qabaqlayıb.

Gənc forvard hazırda 3 qol və 1 məhsuldar ötürmə ilə bombardirlərin siyahısında 3-cü pillədə qərarlaşıb.

Renat Dadaşov "Qrasshopper"ə cari mövsümün əvvəlində İngiltərənin "Vulverhempton" klubundan keçib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti