Dörd azərbaycanlı “Ştrum” üçün Avstriyada

8 Sentyabr 2022 03:30 Bizimkilər 1 115
Dörd azərbaycanlı “Ştrum” üçün Avstriyada

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA-an növbəti dəfə təyinat alıb.

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, Avropa Liqasının qrup mərhələsində “Ştrum” (Qrats, Avstriya) – “Midtüllan” (Danimarka) qarşılaşmasının referisi olacaq.

Ağayevə yan xətt hakimləri qismində Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.

Sentyabrın 8-də Avstriyada keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti