Tanınmış azərbaycanlı baş məşqçini Rusiya klubuna kim apardı?

7 Sentyabr 2022 19:40 Bizimkilər 3 495
Tanınmış azərbaycanlı baş məşqçini Rusiya klubuna kim apardı?

Nazim Süleymanov karyerasını Rusiyada davam etdirəcək.

57 yaşlı mütəxəssis “Ximki” ilə anlaşıb. Süleymanov klubun 19 yaşa qədər futbolçulardan ibarət komandasına rəhbərlik edəcək.

“Ximki” bu gün həmyerlimizlə 1 illik müqavilə bağlayıb. Bir neçə gün öncə Moskvaya yola düşən Nazim bəy klub rəhbərliyi ilə müzakirələrdən sonra karyerasını Rusiyada davam etdirməyə qərar verib.

Həmyerlimizin “Ximki”də çalışmasını başqa bir həmyerlimiz Tufan Sadıqov istəyib. Klubun sponsorlarından olan azərbaycanlı iş adamı futbol oynadığı dönəmdə rəğbət bəslədiyi Nazim Süleymanovu klubda görmək istəyib.

“Ximki”nin U-19 komandası çempionatın başa çatmasına 8 tur qalmış 10 komanda arasında 9-cu sırada qərarlaşıb.

Vaxtilə Premyer Liqanın bir neçə komandasını çalışdırmış Nazim Süleymanovun sonuncu iş yeri “Sumqayıt” olub. O, 2018-ci ildən bu yana işsiz idi.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti